“Bəzi mollaları dinləyirsən, sanki onlar fars dilində danışırlar”.
Bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, bəzi mollalar məscidlərdə ərəb və fars mifologiyasını təbliğ edirlər.
“Görürsən ki, ali məktəbə qəbul ola bilməyən müəyyən şəxslər əlinə kitab alıb gedib qəbiristanlığın qapısında dayanır ki, mollalıq etsin. Amma onun dini savadı yoxdur”, – deyə S.Rüstəmxanlı əlavə edib.