d6f25fa7-5b42-4ff6-aa3b-e1a7a28ebe8a..jpg

Sabir Rüstəmxanlının qızından boşanan müğənni: “Kürəkən” yazmayın” – VİDEO

Baxış sayı: 577 dəfə baxılıb.

Sabir Rüstəmxanlının qızından boşanan müğənni: “Kürəkən” yazmayın” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Elçin Cəfərov boşanması haqda xəbərlərə cavab verib.

Cixisyolu.com xəbər verir ki, sənətçi bu haqda “Zaurla Günaydın” proqramında danışıb.

“Nə danışsam, xəbərə çevrilir. Elə bir ailə yoxdur orada söz-söhbət olmasın.
Bacardığım qədər nümunə olmağa çalışmışam: ailəmdə, sənətimdə. Bəzən insanın
özündən asılı olmayan hallar baş verir. Bir işi sona qədər davam etdirirəm.
Çalışmışam atan tərəf olmayım, sona qədər mübarizə aparım. Narahat olmayın, hər
şey qaydasındadır. Pis məqamlar olmasa, yaxşının qədrini bilmərik. Bu gün elə
şeylər var ki, sabah insan bir-birinə daha bağlanır. Xəbər yazanda mənim
adımdan yazılsın, “kürəkən” yazmayın”, – deyə Cəfərov bildirib.

Xatırladaq ki, 2016-cı ildə ailə həyatı quran Elçin və Aydan cütlüyü bu ilin
fevralında boşanıb. Cütlüyün bir oğlu var. Aydan Vətəndaş Həmrəyliyi
Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızıdır.


Source link