d3fe9c52-42d1-4f6b-ada1-e3cba23ef635..jpg

Sabirabad sakininin evində külli miqdarda narkotik aşkarlanıb – FOTO

Baxış sayı: 395 dəfə baxılıb.

Sabirabad sakininin evində külli miqdarda narkotik aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Ulacalı kənd
sakini Taleh Mikayılov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış
narkotik vasitə olan marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən
baxış zamanı isə çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi
açılıb, araşdırmalar davam etdirilir.

Source link