2069530d-786d-402a-9ebf-86fc4ee2d55b.jpg

Sabirabadda 135 min manatlıq dələduzluq edən şəxs saxlanıldı

Baxış sayı: 78 dəfə baxılıb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər
nəticəsində rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə təqsirli
bilinən Ziya Əliyev saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
məlumat verilib.

Məlumata görə, araşdırmalar zamanı həmin şəxsin zərərçəkənin etibarından
istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və
135 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan
tədbiri seçilib.

Source link