Sabirabaddda iki minik avtomobillinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Horadiz magistral yolunun Sabirabad rayonunun Nərimankənd yaşayış məntəqəsindən keçən hissəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, iki minik avtomobili toqquşub, 1 nəfər ölüb, yaralananlar var.
Xəsarət alanlardan 1955-ci il təvəllüdlü Xudiyev Əliibrəhim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğlu Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Şirvan və Sabirabadın təcili yardım maşınları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.