Sabirabadda azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur
edən ata polis əməkdaşları tərəfindən həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Mübariz Musa oğlu Quliyev cinayət
məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına
çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində
cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan
tədbiri seçilib.
Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.