861c30b6-fd1d-463c-b423-6ab9246fe6c1..jpg

Sabirabadda bir yaşlı uşaq qızılcadan vəfat edib? – TƏBİB-dən AÇIQLAMA – YENİLƏNİB

Baxış sayı: 402 dəfə baxılıb.

Sabirabadda bir yaşlı uşaq qızılcadan vəfat edib? – TƏBİB-dən AÇIQLAMA –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Sabirabadda
qızılca xəstəliyindən öldüyü deyilən uşaqla bağlı açıqlama verilib

Qurumdan Cixisyolu.com-a bildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü
il tarixində saat 12:47-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi
yardım şöbəsinə yerləşdirilib:

“Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs,
ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı
diaqnozu qavrama zəifliyi olub.

Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq,
azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15-də vəfat edib”.

Qeyd edilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub:

“Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”.

09:46

Sabirabadda bir yaşlı körpə ölüb.

APA xəbər verir ki, körpənin xəstəxanada ölməsi ilə bağlı məlumat daxil olub.

İlkin məlumata görə, onun qızılcadan öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Source link