Sabirabadda dəhşətli qəza: Altı qadın öldü - YENİLƏNİB + VİDEO

Sabirabadda dəhşətli qəza: Altı qadın öldü – YENİLƏNİB + VİDEO

Baxış sayı: 1. 859 dəfə baxılıb.

Sabirabad rayonunda altı nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən traktor qəzasının səbəbi məlum olub.

ÇıxışYolu.Com-ın Report-a istinadən məlumatına görə, qəzaya qoşqunun traktora bağlanan hissəsindəki dəmirin yerindən çıxması səbəb olub.

Nəticədə qoşqu su kanalına aşıb. Hadisə zamanı qoşquda olan yeddi qadından altısı ölüb. Traktorun sürücüsü və qoşquda olan qadınlardan biri xəsarət alıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:13

Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub.

ÇıxışYolu.Com-ın APA-ya istinadən məlumatına görə, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır. 

10:59

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində altı nəfər ölüb.

ÇıxışYolu.Com-ın APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.

Onlar ana, iki qızı və yaxın qohumlardır.  

10:31

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində altı nəfərin boğularaq öldüyü bildirilir.

ÇıxışYolu.Com-ın APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.

İlkin məlumatda onlardan üçünün bir ailənin üzvü olduğu deyilir.

Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

09:57

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

ÇıxışYolu.Com-ın APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində altı nəfərin öldüyü bildirilir. 

Daha bir neçə nəfər xəsarət alıb.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

09:43

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ÇıxışYolu.Com-ın APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində baş verən qəzada altı nəfər ölüb.

www.ÇıxışYolu.Com