Sabirabadda yeni doğulan əkizlər ölüb

Sabirabadda yeni doğulan əkizlər ölüb

Baxış sayı: 2. 631 dəfə baxılıb.

Sabirabadda yeni doğulan əkizlər ölüb

Sabirabadda uşaq ölümü baş verib.

ÇıxışYolu.Com Aran bürosunun məlumatına görə, İmişli rayonu Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Nəbiyeva Günel Şəmşir qızı hamiləliklə əlaqədar Sabirabad Perinatal Mərkəzə daxil olub.

Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və əkiz uşaqlar ana bətnindən götürülüb. 31-32 həftəlik körpələr küvəzə yerləşdirilib. Üç gün sonra isə körpələr orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bundan öncə Bərdə və Sumqayıtda da yeni doğulan körpə ölümü qeydə alınmışdı. Bu gün İmişlidə bir körpənin doğuşdan sonra ölməsi barədə xəbər yayılmışdı.