fb0a4acd-6d91-44af-bf62-f1249d08ded7..jpg

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb

Baxış sayı: 981 dəfə baxılıb.

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb

Şabran sakinindən külli miqdarda narkotik aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Cixisyolu.com-a verilən məlumata
görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi,
saxlanılması, daşınması və satılmasında şübhəli bilinən rayon sakini Cavid
Hüseynov saxlanılıb.

Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman yarım kiloqrama
yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə olan metamfetamin və bir
ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin
barəsində həbs qətimkan tədbiri seçilib.

Source link