5b3ef06e-9407-4747-9daf-6b000c26c4d1..jpg

Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Baxış sayı: 388 dəfə baxılıb.

Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,
Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla
bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon
sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə üç ədəd
ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə
təhvil verilib.

Bundan başqa RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə
olduqları zaman yol kənarından müxtəlif markalı üç ədəd ov tüfəngi aşkar edərək
götürüblər.

Faktlar üzrə Şabran RPŞ-də müvafiq araşdırmalar aparılır.

Source link