Şabran rayonu, Qazbabalı kənd sakini Quliyeva Naminə Şahnəzər qızı redaksiyamıza müraciət edərək, 22 yaşlı qızının itkin düşdüyünü bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, Naminə Quliyevanın dediyinə görə, qızı, 1996-cı il təvəllüdlü Quliyeva Aytac Rəşid qızı dekabrın 4-də evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Şabran Rayon Polis İdarəsinə məlumat verilib.
Ailə Quliyeva Aytac barəsində məlumatı olanların aşağıdakı nömrələrlə əlaqə saxlamasını xahiş edir.
050 385 63 74
050 210 97 69
ÇıxışYolu.Com yeniləndi!