0e1d9b87-9bd9-452b-bcf1-1664f730178e..jpg

Şabranda avtomobil maneəyə çırpılıb: Xəsarət alanlar var

Baxış sayı: 413 dəfə baxılıb.

Şabranda avtomobil maneəyə çırpılıb: Xəsarət alanlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Şabran-Surra avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən
çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 1980-cı il təvəllüdlü Zahir Tahir oğlu Quliyev, 1996-cı il təvəllüdlü
Fəqan Dünyamalı oğlu Cəfərov və 1996-cı il təvəllüdlü Əmrah Əlipaşa oğlu
Qafarov müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərilib və müalicə üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Source link