Şabranda çaydan kişi meyiti tapılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şabran rayonunda təxmini 20-25 yaşlı naməlum kişi meyiti tapılıb.
“Report”un Şimal bürosunun məlumatına görə, meyit rayon ərazisindən keçən
“Şabrançay” su kanalından aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.