Şabranda iki bacı dəm qazından zəhərləniblər
Şabranın Rəhimli kəndində iki bacı dəm qazından zəhərləniblər.
“Report” xəbər verir ki, 1986-cı il təvəllüdlü Aygün İntiqam qızı Bayramova
vanna otağında huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardımın köməyi ilə
Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə tibbi yardım
göstərildikdən sonra evə buraxılıb.
Günün ikinci yarısında isə ailənin digər üzvü, 1984-cü il təvəllüdlü Günay
İntiqam qızı Bayramova da dəm qazından zəhərlənmə diaqnozu ilə eyni xəstəxanaya
yerləşdirilib.
Vəziyyəti orta ağır olduğundan tibbi yardım göstərildikdən sonra xəstəxanada
saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.