Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ovun və
mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması
məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan
qanunsuz ov edən Z.Məmmədov və H.İsmayılov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Cixisyolu.com-a
verilən məlumata görə, həmin şəxslərdən iki ədəd ov silahı, həmin silahlara aid
patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi
sübut kimi götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.