50470a0d-fb9e-4da8-a1f9-866a0e75a3d1..jpg

Sabunçu polisindən ƏMƏLİYYAT: 81 nəfər saxlanıldı – VİDEO

Baxış sayı: 455 dəfə baxılıb.

Sabunçu polisindən ƏMƏLİYYAT: 81 nəfər saxlanıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda son iki ayda keçirilən əməliyyatlar zamanı
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Sabunçu Rayon Polis
İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və ərazi polis orqanlarının
əməkdaşları tərəfindən sentyabr-oktyabr aylarında rayon ərazisində həyata
keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan
ümumilikdə 81 nəfər saxlanılıb. Həmin şəxslər barəsində İdarənin İstintaq
Şöbəsində Cinayət işləri başlanılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının
keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 50 kiloqrama yaxın, o cümlədən 15
kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, 30
kiloqram marixuana, 5 kiloqram digər növdən olan narkotik vasitə və psixotrop
maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə
tədbirləri davam etdirilir.


Source link