cd3df895-14d5-48f2-9774-aa1eeba58320.webp

Sabunçuda 16 yaşlı gənc qətlə yetirilib – Şübhəli saxlanılıb

Baxış sayı: 23 dəfə baxılıb.

Bakı şəhəri, Sabunçu rayonu ərazisində bu gün saat 14 radələrində 2008-ci il
təvəllüdlü Həsən Quliyev kəsici alətlə qətlə yetirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini
törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link