Bakıda piyadaların vurulması ilə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisələrdən ikisi Sabunçu, biri isə Binəqədi rayonunda olub.
Sabunçu ərazisində 1952-ci il təvəllüdlü Balayarov Balayar Səlim oğlu idarə etdiyi velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.
Rayonun Pirşağı qəsəbəsində isə 14 yaşlı qızı avtomobil vurub. Belə ki, hadisə 2005-ci il təvəllüdlü Abbasova Fatimə Namiq qızı yolu keçmək istəyən zaman baş verib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Üçüncü hadisə isə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verib.
Yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Rzayev Fərhad Faiq oğlunu minik avtomobili vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona müştərək travma diaqnozu qoyulub.
Kamil Əmirli
Elşad Mətləboğlu