f29b5a03-1006-4aac-8d70-4957e2de7c32..jpg

Sabunçuda silsilə oğurluqlar edən şəxslər saxlanıldılar – FOTO/VİDEO

Baxış sayı: 689 dəfə baxılıb.

Sabunçuda silsilə oğurluqlar edən şəxslər saxlanıldılar – FOTO/VİDEO

Sabunçu rayonunda bağ evlərindən və metal qəbulu məntəqəsindən silsilə
oğurluqlar edən 5 nəfər saxlanılıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin
əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bilgəh
qəsəbəsində yerləşən bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan
dəstə üzvləri – Qalib Hüseynov, Heybət Həsənov və Habil Dadaşov saxlanılıblar.
Həmin şəxslərin qeyd edilən qəsəbə və ətraf ərazilərdə yerləşən 10-a yaxın
evdən oğurluqlar etdikləri müəyyən edilib. Oğurlanan əşyaların bir qismi dəstə
üzvlərindən aşkar olunaraq götürülüb.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı
Maştağa qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsindən 50 kiloqram mis,
latun oğurlayan, eləcə də evlərdən oğurluqlar edən Murad Rəhimov və Elman
Dünyamalıyev saxlanılıblar.

Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon
Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Source link