Saatlı rayonunda ibtidai sinif müəlliməsi şagirdlərə qeyri-adi üsullarla dərs öyrədir.
ÇıxışYolu.Com “xezerxeber.az”a istinadən xəbər verir ki, Gülnar Muxtarova şagirdlərin tapşırıqları daha yaxşı mənimsəməsi üçün açıq havada çəmənlikdə dərs keçir.
Şagirdlər ağacların altında, çəmənlərin üzərində oturub dərs öyrənirlər.
Basqa dərslərdə isə xüsusi formalarını geyinib mövzuya uyğun həyətdə əyani dərs öyrənirlər.
Bura Saatlı rayon Qarayevkənd kənd orta məktəbidir. Məktəbin ibtidai sinif müəlliməsi Gülnar Muxtarova havaların xoş keçməsindən istifadə edərək şagirdlərə dərs prosesini sinif otaqlarında deyil açıq havada izah edir.
Bu da şagirdlərə dərsləri yaxşı qavraması ilə yanaşı onların marağını artırır.Qeyri-adi dərs üsulu şagirdlərin xoşuna gəlir.
İbtidai sinifin bu günki dərs mövzusu təbiəti qorumaqdır.Müəllimə də şagirdlərlə birlikdə gül əkir ,onlara qulluq yollarını öyrədir.
Gülnar Muxtarova şagirdlərə dərsləri aşılamq üçün müxtəlif üsullara əl atır.O, bəzən şagirdləri açıq havaya çıxardır,sərbəst dərs hazırlamalarına imkan yaradır.
Onu bu formada dərs keçməsi şagirdlərlə yanaşı valideynlər və məktəb rəhbərliyi tərəfindən müsbət qarşılanıb.
Bundan əlavə Direktor Zakir Tağıyev bildirir ki, müəllimə valideynlərlə də sıx münasibətdə olur şagirdlərin vəziyyəti barədə məlumat verir.