Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.
Təhsil Nazirliyindən ÇıxışYolu.Com-ın sorğusuna cavab olaraq bildirilib ki, dərslər martın 27-dən başlayacaq.
Məktəbəqədər təhsil alanlar üçün sonuncu dərs günü martın 15-i, şagirdlər üçün isə sonuncu dərs günü martın 19-dur.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.
Xatırladaq ki, ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.