Təhsil Nazirliyi və DİM Yevlaxda baş verən qəza barədə birgə məlumat yayıb – FOTO – YENİLƏNİB

Şagirdləri daşıyan avtobus qəzaya düşdü: 19 yaralı – FOTO + YENİLƏNİB

Baxış sayı: 4. 409 dəfə baxılıb.

Bu gün respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imthanının birinci mərhələsi keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yaydığı birgə məlumatda qeyd edilir.

Məlumata görə, bu imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb:

“Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin  vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir. Qəza nəticəsində kəllə-beyin travması almış 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub. Hazırda Təhsil Nazirliyinin və DİM-in rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadır.

Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmalarını arzu edirik!”

14.15

Yevlaxda şagirdləri daşıyan “Vito” markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

ÇıxışYolu.Com Report-a istinadla xəbər verir ki, onlar 2003-cü il təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb. 

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həmin şəxslər Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsi qızı, İlyasova Tavat Sərraf qızı, Əhmədov Pənah, Əntiqə Qaşqarlıdır.

Yaralılardan Əntiqə Qaşqarlının və daha birinin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

Foto: APA

www.ÇıxışYolu.Com