f441eea5-4a77-4ca1-9895-4b470183237c..jpg

Sağlam gənclik, sağlam gələcək! – FOTO

Baxış sayı: 504 dəfə baxılıb.

Sağlam gənclik, sağlam gələcək! – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ulu öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrə əsaslanan
və beş istiqamət üzrə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023”
dördüncü günündə də paytaxt və bölgələrdə fəaliyyətini davam etdirib.

8 dekabr tarixindən etibarən “İdman və sağlamlıq” istiqaməti üzrə layihələrə
start verən Könüllülük Həftəsində ilk olaraq “Qan ver, həyat qurtar” adlı
qanvermə aksiyası təşkil edilib. Qan Bankının və Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin tərəfdaşlığı ilə baş tutan aksiya 60 nəfərə yaxın
Azərbaycan könüllüsünün iştirakı ilə həyata keçirilib. Təşkil edilən layihələrə
marağın böyük olması bir daha nümayiş etdirir ki, Birinci vitse-prezident
Mehriban Əliyevanın daim könüllülərə mərhəmət və nəcib əməllərə çağırışı ölkə
gənclərinin xeyirxah əməllərə, yardıma yönəlməsinə səbəb olur.

Gün içində həyata keçirilən layihələr arasında Azərbaycan Könüllüləri üçün
“Qarabağ atı” adlı şahmat seansı da baş tutub. Məntiqi təfəkkürün inkişafında
xüsusi rol oynayan şahmat seansı zamanı ümumilikdə 30 könüllü iştirak edib.
Sumqayıt şəhərində baş tutan oyun zamanı Azərbaycanın beynəlxalq qrosmeysteri,
Avropa çempionatının qalibi Zeynəb Məmmədyarova da iştirak edərək şahmat
həvəskarı olan könüllülərə qarşı mübarizə aparıb.

Qeyd edək ki, 2018-ci ildən etibarən ənənəvi olaraq Gənclər Fondu və tərəfdaş
qurumların təşkilatçılığı ilə hər ilin dekabr ayında “Azərbaycan Könüllülük
Həftəsi” layihəsi həyata keçirilir. Əvvəlki illərdə keçirilən tədbirlər gənclər
və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülüyün gənclər
arasında təşviqi istiqamətində xüsusi rol oynayıb.

Source link