Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçiriləcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin 9-cu maddəsində (Ümumi təhsil proqramı (kurikulum) qeyd edilib.
Qanun layihəsinin 9.4-cü maddəsinə görə, ümumi təhsil müəssisələrində təhsilalanlara tədris edilən ümumi təhsil fənləri xüsusi dövlət təhsil proqramları əsasında keçirilir.
9.5-ci maddədə isə qeyd edilir ki, ümumi təhsil müəssisəsində əlavə təhsil almaq üçün müvafiq təhsil proqramları (kurikulumlar) tətbiq edilir.
9.6-ci maddəyə əsasən, sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçirilir.
Həmçinin, 9.7-ci maddəyə qeyd edilir ki, inkluziv ümumi təhsili həyata keçirən ümumi təhsil müəssisələri müvafiq imtiyazlarla (əməkhaqqı və təqaüdlərin daha yüksək nəzərdə tutulması və s.) təmin edilir.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!