“Şah” amerikalı qrossmeysteri məğlub etdi

Baxış sayı: 3. 488 dəfə baxılıb.

“Şah” amerikalı qrossmeysteri məğlub etdi

Belçikanın Leven şəhərində “Grand Chess Tour” seriyası üzrə ilk turnirin ikinci oyun günü keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, növbəti oyun günü rapid üzrə üç tur baş tutub.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov günün ilk partiyasında Levon Aronyanla (Ermənistan) heç-heçə edib, daha sonra Serqey Karyakinlə (Rusiya) sülhə razılaşıb. Üçüncü partiyada isə Fabiano Karuana (ABŞ) üzərində inamlı qələbə qazanıb.

Hazırda aktivində 7 xal olan Məmmədyarov, üçüncü-beşinci yerləri bölüşür.

.
www.ÇıxışYolu.Com