“Şah” çempion olduğu superturniri sülhlə tərk edir

Baxış sayı: 2. 621 dəfə baxılıb.

“Şah” çempion olduğu superturniri sülhlə tərk edir

İsveçrənin Bil şəhərində keçirilən ənənəvi superturnir başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, dünən dünya çempionu Maqnus Karlseni məğlub etməklə vaxtından əvvəl çempionluğu təmin etmiş Şəhriyar Məmmədyarov formal xarakter daşıyan görüşə çıxıb.

Rəqib ağ fiqurlarla oynayan Rusiya şahmatçısı Pyotr Svidler olub. Görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, turnirin yekununa əsasən, “Şah” ləqəbli qrossmeysterimiz 7,5 xalla çempion olub. Maqnus Karlsen isə ondan yarım xal az toplamaqla II yeri tutub. III və IV yerlərə 5,5 xal toplamış Maksim Vaşye-Laqravla Pyotr Svidler sahib çıxıblar.

Səbuhi MUSAYEV

www.ÇıxışYolu.Com