İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov qara fiqurlarla Fransa şahmatçısı Maksim Vaşye-Laqravla heç-heçə etsə də, liderliyini qoruyub-saxlayıb.
Buna səbəb dünya çempionu Maqnus Karlsenin Pyotr Svidlerlə heç-heçə etməsidir.
Bu gün isə turnirin baş mükafatını müəyyən edəcək görüş baş tutacaq. Belə ki, Şəhriyar Məmmədyarov IX turda Maqnus Karlsenlə qarşılaşacaq. Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə daha üstün oynamaq imkanı var. Bu görüş Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovun bu turadək altı xalı var. Maqnus Karlsen isə beş xal toplayıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com