Mayın 29-da “Altibox Norway Chess” superturnirinin ikinci turu keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov iddiaçılar turnirinin qalibi Fabiano Karauna ilə üz-üzə gəlib.
Partiyada tərəflər sülhə razılaşıb. İki turun nəticələrinə görə, 1,5 xal toplayan Karlsen liderdir. Məmmədyarovun aktivində 1 xal var və 2-9-cu yerləri bölüşür.