İyunun 20-də Parisdə “Grand Chess Tour” seriyası üzrə ikinci mərhələ start götürüb.
ÇıxışYolu.Com xəbər verir ki, yarışın ilk üç günündə rapid üzrə partiyalar keçirilir.
Bu gün ilk üç partiya baş tutub.
İlkin oyunda azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarov Vişvanatan Anandla (Hindistan) heç-heçə edib. Ardınca amerikalı qrossmeyster Uesli Soya (ABŞ) qalib gəlib. Üçüncü turda isə Vladimir Kramnikə (Rusiya) məğlub olub.
Üç xal toplayan Məmmədyarov səkkizinci yerdə qərarlaşıb. Turnirdə ümumilikdə doqquz şahmatçı iştirak edir.