ab1cf64f-cf74-44db-9fde-52954b08dd4d..jpg

Şahbuzda su anbarından meyit tapılıb – FOTO

Baxış sayı: 474 dəfə baxılıb.

Şahbuzda su anbarından meyit tapılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyiti
aşkarlanıb.

Bu barədə “Report”un yerli bürosuna Fövqəladə Hallar Nazirliyindən (FHN)
bildirilib.

Əraziyə yaxınlaşmaq üçün nəqliyyat yolu olmadığından köməyə ehtiyac yaranıb.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb
olunublar.

Şahbuz şəhər sakini 1964-cü il təvəllüdlü Mahir Musa oğlu Hüseynova aid meyit
xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq
vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə
keçirilib və aidiyyəti üzrə təhvil verilib.

Source link