4afe97e1-fcc2-48ce-8d75-b1096acd036a..jpg

“Şahdəniz”dən hasil edilən qazın miqdarı AÇIQLANDI – VİDEO

Baxış sayı: 405 dəfə baxılıb.

“Şahdəniz”dən hasil edilən qazın miqdarı AÇIQLANDI – VİDEO

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasilatın
başlanğıcından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunub.

“bp-Azerbaijan”dan verilən məlumata görə, 200 milyardıncı kubmetr qaz avqustun
26-da, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz boru
kəmərinin istismara verildiyini elan ediləndən 16 il yarım sonra əldə olunub.

15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin
1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri “Şahdəniz” Mərhələ-1 qazı
uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına
çatdırılır.

“Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni
“Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin
başlandığı və iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz
hasilatının əldə olunduğu ildən istismardadır.

“Şahdəniz-2” layihəsinin işə salınması Azərbaycana öz enerji tarixində ilk
dəfə olaraq Avropanın əsas qaz təchizatçılarından birinə çevrilmək imkanı
yaradıb. 2020-ci ilin dekabrından başlayaraq “Şahdəniz” qazı Avropa bazarlarına
nəql olunur və Avropa üçün yeni enerji təchizatı mənbəyi kimi Avropanın enerji
bazarını şaxələndirir və enerji təhlükəsizliyini artırır. Ümumilikdə,
“Şahdəniz-2” çərçivəsində Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropa
bazarlarına ildə 16 milyard kubmetr qaz təchiz edilir.

2023-cü il “Şahdəniz” üçün daha bir əlamətdar ildir. Bu ilin dördüncü rübündə
yatağın şərq-şimal cinahının istismara verilməsi planlaşdırılır ki, bununla da
yataqda əlavə “Şahdəniz-2” quyuları işə salınacaq.

Hazırda “Şahdəniz Alfa” (11 quyu) və “Şahdəniz Bravo” (14 quyu) –
platformalarından ümumilikdə gündə orta hesabla 72,6 milyon kubmetr qaz hasil
edilir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə
vitse-prezidenti Elxan Məmmədov:

“bp olaraq “Şahdəniz”lə qürur duyuruq. Bu, dünya səviyyəli nəhəng bir
yataqdır, lakin eyni zamanda istismar baxımından ən çətinlərdən biridir.
Bununla belə, onun işlənməsi zamanı üzləşdiyimiz çətinliklərə baxmayaraq, ən
mürəkkəb hövzələrdən birində ən çətin quyuları qazmağın və yatağı regional və
qlobal bazarlarla birbaşa əlaqələndirmək üçün dünya səviyyəli infrastruktur
qurmağın öhdəsindən gələ bildik”.

Onun sözlərinə görə, bütün bunlara təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və
səmərəli şəkildə nail olunub:

“Şahdəniz” sıfır emissiya məqsədimizə doğru irəliləyərkən enerji keçidi
istiqamətində həm bp-nin, həm də Azərbaycanın səylərinə töhfə verən dəyərli bir
layihədir.

İnanırıq ki, “Şahdəniz”in böyük gələcəyi var. Hazırda biz “Şahdəniz”də mövcud
məhsuldar layların altındakı “Pre-Fasila” layına yeni bir quyu qazırıq. Ümid
edirik ki, həmin quyu “Şahdəniz”in uzunmüddətli hasilat ömrünü təmin etmək
planlarımıza dəstək verməklə yeni işlənmə imkanları yaradacaq”.


Source link