28760db2-61c0-4cd8-ab4d-0addac6e5f54..jpg

Şahdağ Milli Parkında yanğın olub – VİDEO

Baxış sayı: 417 dəfə baxılıb.

Şahdağ Milli Parkında yanğın olub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahdağ Milli Parkında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun
Qəmərvan kəndi yaxınlıqda Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində
yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından
Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz
tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində Şahdağ Milli Parkının ərazisində 600 kvadratmetr sahədə
xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.


Source link