f1e682e8-7b49-4e29-b731-d8f04e368c3c..jpg

Şahdağda qarın hündürlüyü 30 sm-ə çatıb – FAKTİKİ HAVA

Baxış sayı: 461 dəfə baxılıb.

Şahdağda qarın hündürlüyü 30 sm-ə çatıb – FAKTİKİ HAVA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 23-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti
arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidməti məlumat yayıb.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 6 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 13 mm, Zaqatalada 10 mm, Balakəndə 9 mm,
Zərdabda 7 mm, Göyçay, Şəkidə 6 mm, Yevlax, Tovuz, İmişli, Mingəçevir, Sədərək,
Kürdəmir, Göygöl, Daşkəsən, Sabirabad, Lənkəran, Astara, Oğuz, Qəbələ, Gəncə,
Gədəbəy, Şahdağ, Biləsuvar, Yardımlı, Göytəpə, Qobustan, Qusar, Xaltan, Bərdə,
Tərtər, Şəmkir, Ağstafa, İsmayıllı, Şamaxı, Ceyrançöl, Ağdam, Naxçıvan, Şərur,
Ordubadda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Ağdam, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Qəbələ, Balakən,
Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Sabirabad,
Biləsuvar, Tərtər, Göyçay, Cəfərxan, Lerik, Sumqayıtda duman müşahidə olunub.
Görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da
1-5, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 0-5 dərəcə
şaxta olub.

Source link