4b941754-4ac8-4176-87bd-0473411f21b1..jpg

Sahibə Qafarova Almaniyaya rəsmi səfərə gedib – FOTO

Baxış sayı: 341 dəfə baxılıb.

Sahibə Qafarova Almaniyaya rəsmi səfərə gedib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə
heyəti Almaniyaya rəsmi səfərə gedib.

Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat
verilib.

Bildirilib ki, səfər çərcivəsində S.Qafarova paytaxt Berlində yerləşən
“Gallery Berlin”də təşkil olunan “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın
mədəni irsi” adlı fotosərgi ilə tanış olub.

Azərbaycan parlamentinin spikeri müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu və memarı Heydər Əliyevin misilsiz xidmətləri haqqında danışıb, onun
Azərbaycan mədəniyyətinə diqqət və qayğısı barədə fikirlərini bildirib. O,
Prezidentİlham Əliyevin bütün digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində
də əsası ulu öndər tərəfindən qoyulmuş işləri uğurla davam etdirdiyini qeyd
edib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın
rəhbərliyi ilə bu sahədə reallaşdırılan irimiqyaslı layihələri diqqətə çatdırıb.

Tədbirdə həmçinin, “Heydər Əliyev ili” çərçivəsində Milli Məclis tərəfindən
təşkil olunan tədbirlər barədə də məlumat verilib.

Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri – Almaniya ilə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov,
deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Elşən Musayev, parlament
Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər sərgi ilə tanış
olublar. Sərginin ziyarətçilərdə böyük marağa səbəb olduğu vurğulanıb.

Source link