Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə
heyəti Çex Respublikasında rəsmi səfərdədir.
Milli Məclisdən verilən məlumata görə, Çex Respublikasının paytaxtı Praqanın
Vatslav Havel Beynəlxalq Hava Limanında nümayəndə heyətini Çexiya Parlamentinin
Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq
qrupunun rəhbəri Yan Kubik, Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov və
digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentdə olacaq, keçirilən görüşlərdə
ikitərəfli və parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, regional
təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılacaq.