c6e098d7-15d4-4a55-9559-0bc2af642f37..jpg

Sahibə Qafarova: “Ermənistanın sürətlə silahlanması region üçün yeni təhlükələrə gətirib çıxarır”

Baxış sayı: 462 dəfə baxılıb.

Sahibə Qafarova: “Ermənistanın sürətlə silahlanması region üçün yeni
təhlükələrə gətirib çıxarır”

“Ermənistanın sürətlə silahlanması region üçün yeni təhlükələrə gətirib
çıxarır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova
Bolqarıstana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə Ermənistanın
silahlanması, rəsmi İrəvan tərəfindən sülhün əldə olunmasına qarşı təxribatları
barədə geniş məlumat verərkən deyib.

S.Qafarova deyib ki, əgər Ermənistan həqiqətən də sülh istəyirsə və
Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, o zaman niyə sürətlə
silahlanır: “Yaxud Ermənistan kimi kasıb ölkə niyə 100 milyon dollarlıq silah
alır?”.

Onun sözlərinə görə, Ermənistan əldə etdiyi silahlardan Azərbaycanın suveren
ərazisinə qarşı istifadə edir. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın
sürətlə silahlanması sülh perspektivlərini sarsıdır və region üçün yeni
təhlükələrə gətirib çıxarır.

Milli Məclis sədri bildirib ki, bu gün Ermənistanda revanşist qüvvələr daha da
fəallaşır. Bu ölkə hələ də Azərbaycana qarşı ərazi iddialarını davam etdirir.

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılmasına və suverenlik və
ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh sazişinin imzalanmasına sadiq
qaldığını deyən spiker diqqətə çatdırıb ki, Azərbaycan həmçinin Qarabağ
bölgəsinin etnik erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu vətəndaşları
kimi reinteqrasiyası üçün səylər göstərir. Onların bütün müvafiq hüquq və
azadlıqları ölkəmizin Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq
mexanizmlərdə təsbit edilmiş şəkildə təmin ediləcək.

Source link