Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedir.
“Report”un məlumatına görə, səfər sabah – mayın 17-də baş tutacaq.
Səfər çərçivəsində Milli Məclis sədrinin İtaliya senatının sədri və digər hökumət nümayəndələri ilə görüşü nəzərdə tutulur.