57e14bd2-8053-4a8a-97c2-9630598731d2..jpg

Sahib Ələkbərov: “Heydər Əliyev xalqı zamanın sınaqlarından uğurla çıxarıb”

Baxış sayı: 432 dəfə baxılıb.

Sahib Ələkbərov: “Heydər Əliyev xalqı zamanın sınaqlarından uğurla çıxarıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heydər Əliyev qüdrətli şəxsiyyət kimi apardığı ardıcıl və qətiyyətli mübarizə
ilə Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla
çıxarıb”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Heydər Əliyev və Azərbaycan
iqtisadiyyatı” mövzusunda beynəlxalq konfransda “İqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi-praktiki
məqalə müsabiqəsinin təltifetmə mərasimində iqtisadiyyat nazirinin müavini
Sahib Ələkbərov bildirib.

O qeyd edib ki, Azərbaycanın dünyada layiqli mövqe tutmasında ümummilli
liderin əzmi, zəhmətkeşliyi və yüksək zəkası müstəsna rol oynayıb:

“O, siyasi iradəsi və həyata keçirdiyi köklü iqtisadi islahatlarla milli
dövlətçiliyi xilas etdi və ölkə iqtisadiyyatında yeni mərhələnin başlanğıcını
qoydu. Ulu öndərin gərgin səyi nəticəsində Azərbaycanda makroiqtisadi sabitlik
təmin edildi, dayanıqlı və davamlı inkişaf edən iqtisadiyyat formalaşdı”.

“H.Əliyev hələ 1969-cu ildə Azərbaycanda rəhbər vəzifəyə təyin olunanda ölkədə
iqtisadi inkişafın əsaslarının qoyulmasına start vermişdi. Məhz onun təşəbbüsü
ilə SSRİ dövründə xüsusilə qeyri-neft sahəsində mühüm əhəmiyyəti olan 170-dən
çox sənaye müəssisəsi tikilib istifadəyə verildi, mövcud müəssisələr yenidən
quruldu və genişləndirildi. 1969-82-ci illərdə həyata keçirilən sosial-iqtisadi
proqramlarla Azərbaycan mərkəzdən dotasiya almayan respublikaya çevrildi.
Sənaye və kənd təsərrüfatının bütün sahələrində artım qeydə alındı,
elektrotexnika, maşınqayırma, avtomatlaşdırma, əlvan və qara metallurgiya kimi
yeni sənaye sahələrinin yaradılmasına başlanıldı. Ölkə iqtisadiyyatının əsasını
təşkil edən neft sənayesi, neft maşınqayırması və neft-kimya müəssisələrinin
modernləşdirilməsinə xüsusi diqqət yetirildi”, – deyə o vurğulayıb.

“Müstəqil Azərbaycan dövləti hazırda növbəti böyük dönüş astanasındadır.
Prezidentİlham Əliyevin rəhbərliyi altında ulu öndərin həyata keçirdiyi
iqtisadi strategiyanın davamı olaraq yeni strateji hədəflər qoyulub. Başlıca
çağırış ölkə iqtisadiyyatını dərindən şaxələndirmək, neftdən asılılığı minimuma
endirmək, iqtisadi artımın sürətini gücləndirməkdir. Ölkədə biznes-investisiya
mühitinin yaxşılaşdırılması, sahibkarların investisiya layihələrinin güzəştli
şərtlərlə kreditləşdirilməsi, sənaye zonalarının, aqroparkların yaradılması,
maarifləndirici tədbirlərin təşkili üzrə işlər uğurla davam etdirilir”, – deyə
nazir müavini əlavə edib.

“Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi
istiqamətində apardığı prinsipial siyasət, böyük vətənpərvərlik, siyasi
peşəkarlıq və liderlik keyfiyyətləri nəticəsində 30 illik işğala son qoyuldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Ordumuz 44
günlük Vətən müharibəsində torpaqlarımızı azad etdi. Artıq Qarabağ və Şərqi
Zəngəzurda yeni yaşayış məntəqələri salınır, iqtisadi reinteqrasiya tədbirləri
həyata keçirilir”, – deyə S.Ələkbərov vurğulayıb.

Source link