3938d074-d024-4cea-a781-874c324ba333..jpg

Sahib Məmmədov: “2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85% artırılması hədəflənir” – FOTO

Baxış sayı: 635 dəfə baxılıb.

Sahib Məmmədov: “2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85%
artırılması hədəflənir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun
olaraq yüksəkkeyfiyyətli ekoloji mühit və yaşıl enerji milli inkişaf
prioritetləri olaraq seçilib və “2022-26-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nda məhz təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə strateji
çərçivə müəyyənləşdirilib”.

Cixisyolu.com-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
“Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına
təsiri: Çağırışlar və perspektivlər” adlı forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, növbəti ortamüddətli dövrdə tullantıların təkrar emalı
prosesinin əhatə dairəsinin 20%-ə çatdırılması, o cümlədən regionlarda 10%
təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi
sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi
potensialının artırılması kimi hədəflər də qoyulub:

“Eyni zamanda, qeyd edim ki, strategiyanın icrası nəticəsində ölkə
iqtisadiyyatının hər il orta hesabla 3-4%, qeyri-neft-qaz ÜDM-in isə illik orta
hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə
çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının
həcminin 85% artırılması hədəflənir. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq olunmuş “2022-26-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası” da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə
inteqrasiya edilib”.

Nazir müavini əlavə edib ki, azad edilmiş torpaqlarımızın reinteqrasiyası,
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası zamanı BMT-nin və digər
beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə
alınıb:

“Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının
tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. Bu ərazilərdə
yaşıllaşma və karbonsuzlaşma sahəsində yerli və xarici investisiyalı
müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb. Azərbaycanda Yeni Nəsil
İqtisadiyyat Strategiyasının reallaşdırılması yeni dövrdə biznesin yeni nəsil
iqtisadiyyatına transformasiyasının gücləndirilməsinə zəmin yaradacaq.
Strategiyanın icrası çərçivəsində rəqəmsal iqtisadi ekosistemin vəziyyətinin
dəyərləndirilməsi üzrə araşdırma aparılacaq, rəqəmsallaşma üçün əlverişli mühit
yaradılacaq, texnoloji və rəqəmsal sahədə inkişafa və dövlət-özəl əməkdaşlığına
töhfə veriləcək”.

Daha çox foto burada PhotoStock.az

İlhamə Əbülfət

Source link