3b9b51bb-6f54-4c19-8bee-c968f3cf22ff..jpg

Sahib Məmmədov: “Azərbaycanda güclü özəl sektor formalaşmaqdadır”

Baxış sayı: 480 dəfə baxılıb.

Sahib Məmmədov: “Azərbaycanda güclü özəl sektor formalaşmaqdadır”

Azərbaycanda son illərdə görülmüş işlər nəticəsində güclü özəl sektor
formalaşmaqdadır və müasir texnologiyalara əsaslanan çoxsaylı müəssisələr
fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
“Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının
müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda keçirilən
tədbirdə deyib.

S.Məmmədov qeyd edib ki, son dövrlərdə dünya iqtisadiyyatında baş verən
geosiyasi və iqtisadi proseslər fonunda milli iqtisadiyyatın davamlı
inkişafının təmin edilməsi məqsədilə ölkə başçısı tərəfindən “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub:

“Bu sənəddə öz əksini tapan beş prioritetdən biri də məhz dayanıqlı, artan,
rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır ki, onun
reallaşdırılması üçün sistemli fəaliyyət həyata keçirilir. Ötən müddət ərzində
istehlakçıların hüquqlarının müdafiəsi və azad rəqabət mühitinin formalaşması
ilə nəticələnən iqtisadi siyasət nəticəsində bu gün iqtisadi sferada keyfiyyət
infrastrukturunun qurulmasına, istehlak bazarında sağlam rəqabətin qorunmasına,
istehlakçı məmnuniyyətinin təmin edilməsinə nail olunub. İstehlakçı
hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin
əsas prioritetlərindən olmaqla daim diqqət mərkəzində saxlanılır və bu sahədə
dövlət tərəfindən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri həyata
keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi qaydaları müəyyən standartda
və keyfiyyətdə mal və xidmətlərin istehsalını təmin etdiyi üçün istehlakçı
hüquqlarının qorunması ilə yanaşı, istehsalın və son nəticədə ölkə
iqtisadiyyatının inkişafını təmin edir”.

Nazir müavini əlavə edib ki, ölkə strategiyasından irəli gələn tədbirlərin
icrası nəticəsində və qəbul edilməsi gözlənilən yeni Rəqabət Məcəlləsi ölkədə
rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını,
istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin daha da
artırılmasını təmin edəcək.

Source link