ac46a5ec-bcd0-42c6-98b1-353234491524..jpg

Sahibkar arvadını öldürən şəxsə hökm oxundu

Baxış sayı: 1. 241 dəfə baxılıb.

Sahibkar arvadını öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə
təqsirləndirilən Vüsal Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Trend”in məlumatına görə, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Bayramov 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 2-si saat 23 radələrində paytaxtın Nizami
rayonu, M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal
Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı
bıçaqla xəsarətlər yetirərək Ayşə Bayramovanı qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Source link