9227f225-936a-4a18-ab63-f717b40f4478..jpg

Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər

Baxış sayı: 492 dəfə baxılıb.

Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət
edirlər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ilin I rübündə “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin
72 mindən çoxu 10 dövlət qurumu tərəfindən təqdim edilib.

Bu barədə KOBİA məlumat yayıb.

2024-cü ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə
80 349 xidmət göstərilib ki, onlardan 72 537-i (90,28%) dövlət qurumlarının
(“G2B”), 7812-i (9,72%) isə özəl qurumların (“B2G”) xidmətləridir.

Biznes subyektlərinə göstərilmiş xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumu
tərəfindən təqdim edilib. “Bakı KOB evi”nə müraciət edən sahibkarlar daha çox
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə – 64 133 (79,82%), İqtisadiyyat
Nazirliyinin tabeliyində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinə – 5 778 (7,19%), Dövlət Vergi Xidmətinə – 1 183 (1,47%), Fövqəladə
Hallar Nazirliyinə – 297 (0,37%), Dövlət Gömrük Komitəsinə – 296 (0,37%)
müraciət ediblər. Siyahıda növbəti yerləri İqtisadiyyat Nazirliyi, Dövlət
Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd
Təsərrüfatı Nazirliyi bölüşür.

Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan
yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf
kartları, lisenziya və icazələr, mənşə sertifikatı və digər sənədlərin
alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən
sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və “B2B” xidmətlər
göstərilir.

Source link