b30fe37a-24c1-4c38-8e37-c4dcd5f8a2c5..jpg

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib – FOTO

Baxış sayı: 740 dəfə baxılıb.

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda konfransın
iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə
müraciət qəbul olunub.

Məlum olduğu kimi 22 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində
ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş
adamları ilə tarixi görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq doqquz
ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.

“Sahibkarlar günü” və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının
25 illiyi ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat
Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
(ASK) təşkilatçılığı ilə “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü”
mövzusunda Konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin
məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil
qoyublar. Konfrans iştirakçıları, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın
xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi və Azərbaycanın
ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai
birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş
adamları iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov konfrans iştirakçılarına video müraciət
ünvanlayıb, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,
iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, KOBİA-nın İdarə Heyətinin
sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının prezidenti Məmməd Musayev, “Hünər Qrup” şirkətinin təsisçisi
və baş direktoru Ehtiram Quliyev çıxış ediblər. Çıxışlarda ölkəmizdə bazar
münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun
formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam
etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda
rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun
əhəmiyyəti barədə məlumat verilib.

Tədbirdə sahibkarlığın inkişafına və ASK-nın 25 illiyinə dair filmlər nümayiş
olunub, dövlət-özəl dialoqunun inkişafına verdiyi töhfəyə görə bir qrup
sahibkar mükafatlandırılıb.

Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından
müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

Source link