75183515-3fd1-460b-aba2-c3a28e2aebd9..jpg

Sahibkarlara müştərilərlə aqressiv davranış və rəqibləri nüfuzdan salmağa cəhd qadağan edilir

Baxış sayı: 446 dəfə baxılıb.

Sahibkarlara müştərilərlə aqressiv davranış və rəqibləri nüfuzdan salmağa cəhd
qadağan edilir

Sahibkarlıq fəaliyyəti zamanı müştərilərə qarşı aqressiv davranış qadağan
edilir.

Cixisyolu.com xəbər verir ki, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin
layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, sahibkarlıq fəaliyyətində təhdid, zor və ya digər qanunsuz
təsir vasitələrinin tətbiqi ilə müştərilərin seçim hüququnun
məhdudlaşdırılmasına və bununla da onların normal bazar şəraitində qəbul
edəcəyi qərarlardan fərqli qərar qəbul etməsinə səbəb olan hərəkətlərə yol
verilmir.

Bundan başqa, sahibkarlıq subyektlərinə, rəqib təsərrüfat subyektinin nüfuzdan
salınması halları da Məcəlləyə əsasən müəyyən olunur.

Belə ki, rəqibin işgüzar nüfuzu və ya maliyyə vəziyyəti haqqında və ya rəqibin
elmi-texniki və istehsal imkanları haqqında yalan və ya təhrif olunmuş
məlumatların yayılması, yaxud belə məlumatların yayılmasının təşkili, habelə
rəqibin məhsulundan imtina etməyə əsassız çağırışların edilməsi (boykot
edilməsi) rəqibi nüfuzdan salmağa cəhd kimi dəyərləndiriləcək.

Həmçinin rəqibin təklif etdiyi məhsulun, habelə istifadə etdiyi xammal və ya
materialların mənşəyi, texnologiyası, xassələri, keyfiyyəti və təhlükəsizliyi
haqqında yalan və ya təhrif olunmuş məlumatların yayılması, yaxud belə
məlumatların yayılmasının təşkili, habelə rəqibin əmtəəsindən imtina etməyə
əsassız çağırışların edilməsi (boykot edilməsi) rəqibin nüfuzdan salınmasına
cəhd halları olaraq, qadağan edilir.

Aysel Aslan

Source link