0f2672ee-b19f-4a7d-9750-ffbd528f4ee8..jpg

Sahibkarlara subsidiyalarla bağlı ŞAD XƏBƏR

Baxış sayı: 646 dəfə baxılıb.

Sahibkarlara subsidiyalarla bağlı ŞAD XƏBƏR

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29
noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilib.

Prezident.az xəbər verir ki,
bununla bağlı Prezidentİlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə qədər subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən
2022-ci il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış
faizlərə görə verilirdi.

Yeni fərmana əsasən, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın
1-dən 2024-cü il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə
hesablanmış faizlərə görə veriləcək.

Source link