Sahibkarlara verilən kreditlərdə artım – RƏSMİ

Sahibkarlara verilən kreditlərdə artım – RƏSMİ

Baxış sayı: 3. 519 dəfə baxılıb.

Cari ilin ilk iki ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna 200 milyon manat dəyərində layihələr təqdim olunub. Bu layihələrə 33 mln. manat dəyərində olan güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% çoxdur.

ÇıxışYolu.Com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

Məlum olub ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən minimum 170 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur.

O deyib ki, ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit verilən layihələrin 90%-i kiçik sahibkarların payına düşür:

Fondunun müvəkkil kredit təşkilatlarından olmuş, hazırda ləğvetmə prosesində olan bankların maliyyələşdirdiyi layihələrə toxunan Ş.Abdullayev öhdəliklərin digər banklara ötürüləcəyini deyib: 

“Bununla bağlı Fond Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fonduna müraciət edəcək”.

.
www.ÇıxışYolu.Com