Sahibkarlığın inkişafı üçün yeni imkan: Əhalinin yatırım etmək imkanları
genişlənəcək – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda əhalinin yatırım etmək imkanları genişləndiriləcək.
Belə ki, Mərkəzi Bankın 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf
strategiyasında vətəndaşların səhm və istiqrazlara sərmayələrinin azı bir
milyard manata çatdırılması nəzərdə tutulub.
Hazırda əhalinin bu istiqamətdə yatırımları cəmi 150 milyon manatdır.
Bəs əhalinin investisiya imkanlarının artırılmasının əhəmiyyəti nə olacaq?
İqtisadçı Eyyub Kərimli deyir ki, ölkədə alternativ passiv gəlir imkanları
yaranacaq:
“Bu da ölkədə sahibkarlığın inkişafına çox mühüm fayda verəcək. Bundan başqa,
milyardlarla manatıq yığımların dövriyyəyə girməsinə, iqtisadi dəyər
yaranmasına çox əhəmiyyətli təsirləri olacaq”.
Daha ətraflı Baku TV-nin süjetində: