Şahid: Məhəllədə “nəşə” çəkirdim, gördüm, polislər gəldi, qaçdım

Şahid: Məhəllədə “nəşə” çəkirdim, gördüm, polislər gəldi, qaçdım

Baxış sayı: 3. 160 dəfə baxılıb.

Şahid: Məhəllədə “nəşə” çəkirdim, gördüm, polislər gəldi, qaçdım

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elvin Xudazarov, Fazil Əliyev, Vahid ƏliyevHikmət Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kamal Poladxanov ifadə verib. 

O deyib ki, mütəmadi olaraq narkotik istifadə edib: 

“Həmin gün də məhəllədə “nəşə” çəkirdim, gördüm, polislər gəlir, qaçdım ki, məni tutmasınlar. Sonra polislər qardaşımdan 400 manat pul aldılar. Məni isə tutmadılar”. 

Proses oktyabrın 3-dək təxirə salınıb. 

Qeyd edək ki, ötən ilin avqust ayında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı “polisi” saxlayıblar.

Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvləri – Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin vətəndaşları hədələmək yolu ilə onlardan pul alması məlum olub. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər. Yalançı “polislər” qurbanlarını onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyiblər.

Cinayət işinin ilkin materiallarına görə, həmin şəxslər bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar Fazil Qədimovun, 1975-ci il təvəllüdlü İmran Orucovun min manat, 1958-ci il təvəllüdlü Məmmədəli Novruzovun 740 manat və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun 400 manatını əlindən alıblar.

Həbs edilən H.Ağayev bundan əvvəl fırıldaqçılığa görə məhkumluq həyatı yaşayıb.

Həmin şəxslərin barələrində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldilən) maddəsi ilə ittiham irəli sürülüb.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com