Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi məlum olub.
Buna görə hakim bildirib ki, iş üzrə adı keçən şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi haqqında qərar çıxarılacaq.
Proses sentyabrın 17-də davam etdiriləcək.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com